Finlandiyalı ralli çempionu yeni rekorda imza atıb. Türkiyə mətbuatınin istinadən verdiyi məlumata görə, 4 qat dünya çempionu olan Juha Kankkunen buz üzərində əldə edilən ən yüksək sürət rekordunu yeniləyib. O, 70 sm buz bağlayan Baltik dənizində saatda 330 km sürətlə avtomobil idarə edib. 51 yaşlı çempiona rekord qazanmaq işində "Bentley Continental Supersports" markalı avtomobili kömək edib.
Qeyd edək ki, adıçəkilən maşın benzin və bioyanacaq istifadə edən ilk "Bentley"dir. Heç bir problem olmadan rekorda imza atan avtomobildən cəmi 100 ədəd istehsal edilməsi nəzərdə tutulub.






