Qarpız qalınqabıqlı (0,5-3 sm), daxilində çoxlu toxumu olan yumşaq ətlikli meyvəli tərəvəzdir. Qarpızın vətəni Afrikadır. Azərbaycanda, əsasən Sabirabadda, Saatlıda, Abşeronda və digər bölgələrdə becərilir. Qarpızdan təzə halda, duzlama üçün, qarpız balı və qarpız şərabı, habelə sukat istehsalı üçün istifadə edilir. Qarpızın tərkibində orta hesabla 88-92% su, 5,5-10,5% şəkər, 0,8% azotlu maddələr, 0,2% turşu, 0,4% mineral maddələr, 0,6% yağ və 0,4% sellüloza, vitaminlərdən 8 mq% C, B1, B2 və A vitaminləri vardır. Qarpız toxumunda 30% yağ vardır. Şəkərlərdən ən çox rast gələni fruktozadır ki, bu da onun şirinliyini artırır. Sukat hazırlamaq üçün qalınqabıqlı qarpızlardan istifadə edilir. Sortları bir-birindən formasına, irixırdalığına (ölçüsünə), üzərinin vəziyyətinə, qabığının qalınlığına, ətliyin zərifliyinə görə fərqlənir. Iri-xırdalığına (ölçüsünə) görə iri, orta və xırda ölçülərə ayrılır. Xırdaların diametri 15-20 sm, orta irilərdə 20-25 sm və irilərdə isə 25 smdən çox olur. Ətli hissəsinin vəziyyətinə görə zərif, ağızda əriyən, xırda dənəli, boş, lifli, sıx ətli, kobud dənəli, şirəli və ya quru olur. Yetişməsindən asılı olaraq aşxana sortları tezyetişən, orta və gecyetişən olur. Təyinatına görə 3 qrupa ayrılır: aşxana üçün, yem üçün, sukat hazırlamaq üçün.
Geniş yayılmış tezyetişən qarpız sortlarından Oqonyok, Don-39, Qalib-395, Ağ çəyirdəkli, Pyatiqorsk xutorunun sevimlisi, Duman və s. göstərmək olar.
Bədənə soyuqluq və rütubət verir. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür. Sidikqovucu xassəyə malikdir və susuzluğu aradan qaldırır. Qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içmək bəlğəmi kəsər. Qarpız eyni zamanda həzmə yaxşı kömək edir. O, qanı durulaşdırır.
Qarpız tumu böyrək daşını salır. Qarpız qabığıdan şəkər və ya bal ilə bişirilmiş mürəbbəsi sinə ağrısı, mədə və həzm zəifliyini aradan qaldırır.
Yay aylarının ən çox istifadə edilən giləmeyvələrindən olan qarpız xərçəng xəstəliyinin müalicəsində və onun qarşısının alınmasında xüsusi əhəmiyyətə malikdir.
Türkiyəli alim Nebahat Sarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, qarpızın tərkibi xərçəng xəstəliyinin müalicəsində önəmli hesab edilən likopen və sitrolin adlı 2 kimyəvi maddə ilə zəngindir.
Alimin sözlərinə görə, qarpız həmçinin sərinləşdirici təsir göstərməklə yanaşı, iştahaaçandır, göz, mədə ağrısı və ağız qoxusunun qarşısının alınmasında da faydalıdır. Həkimin fikrincə, bu cür müsbət xüsusiyyətlərini nəzərə alaraq, qarpızdan daha rahat istifadəni təmin etmək üçün onun şirəsinin istehsalına başlanılmalıdır.