Xəbər haqqında informasiya
  • Baxılıb: 295
  • Müəllif: Polkovnik
  • Tarix: 20-01-2011, 00:01
 (Votes #: 3)
20-01-2011, 00:01

Qara Yanvar

Bölmə: Hərbi

Qara Yanvar


1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.

Qara Yanvar


Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Qara Yanvar


Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Qara Yanvar


Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınz ilə sayta daxil olmağı məsləhət görürük.
<
Ejdaha

20 January 2011 01:04

Şərh haqqında informasiya
  • Qrupu: Admin
  • ICQ: --
  • Qeydiyyatı: 15.05.2009
  • Xəbərləri: 44
  • Şərhləri: 66
ALLAH bГјtГјn ЕћЙ™hidlЙ™rimizi RЙ™hmЙ™T elЙ™sin o 1i dГјnyalarД±nД± versin.AMД°N
<
ruhdashatali

20 January 2011 02:25

Şərh haqqında informasiya
  • Qrupu: Aktiv İstifadəçi
  • ICQ: --
  • Qeydiyyatı: 6.10.2010
  • Xəbərləri: 0
  • Şərhləri: 378
Oz oturduqu imperiyani ozu daqidan SSRI-nin kecmish prezidenti M. Qarbacov bu emelinden otru Nobel mukafati aldi. O, bu mukafati oz leytaqetine gore almadi, xeyanetine gore aldi. Hec ne yox, Onun 20 Yanvar 1990-ci ilde Bakida toretdiyi kutlevi qirqin, gunahsiz, eliyalin adamlarin uzerine tank surdurub qan tokmesi baqishlanilmazdir. Dunya neinki buna goz yumdu, ustunden sakit kecdi, eksine onu qiymetlendirdi de.Bizse her zaman olduqu kimi@ Dunyaya bizim heqiqetimiz catmir@ dedik, SADELOVHCESINE!... Dunyaya heqiqet lazim deyil, menfeet lazimdir, fayda lazimdir. Kim ona daha cox lazimdir, kimden behre goture bilirse, onu da qoltuqlayir.( Eluca Atalinin dediklerinden). Butun shehidlerin Ruhlari shad olsun! TSHK!!

--------------------

<
Kedicik

20 January 2011 09:54

Şərh haqqında informasiya
  • Qrupu: Jurnalistika
  • ICQ: --
  • Qeydiyyatı: 1.10.2010
  • Xəbərləri: 203
  • Şərhləri: 2332
Allah $ehidlerimize rehmet elesin,qebirleri nurla dolsun

--------------------

<
Teufel

20 January 2011 11:39

Şərh haqqında informasiya
  • Qrupu: İstifadəçi
  • ICQ: --
  • Qeydiyyatı: 9.11.2010
  • Xəbərləri: 0
  • Şərhləri: 17
Allah Г¶lenlerimize rehmet elesin!!! Mekanlari cennet olsun!!!

--------------------

<
Narminkaa

20 January 2011 13:33

Şərh haqqında informasiya
  • Qrupu: Gold User
  • ICQ: --
  • Qeydiyyatı: 30.09.2010
  • Xəbərləri: 5
  • Şərhləri: 693
Allah butun Sehidlerimize Rehmet elesin. Onlar hec vaxt unudulmur hec vaxtda unudulmayacaglar.

Allah butun Sehidlerimize Rehmet elesin. Onlar hec vaxt unudulmur hec vaxtda unudulmayacaglar.
<
THE_BLACK_DAHLIA

26 January 2011 03:54

Şərh haqqında informasiya
  • Qrupu: Redaktor
  • ICQ: --
  • Qeydiyyatı: 2.10.2010
  • Xəbərləri: 594
  • Şərhləri: 1424
ALLAH rehmet elesin.....COX yerde deyirler ki ALLAH sebr versin...ama mence ALLAH SEBR VERMESIN! Bu qeder sebr elediyimiz besdi!

--------------------

<
Inara

26 January 2011 06:50

Şərh haqqında informasiya
  • Qrupu: Redaktor
  • ICQ: --
  • Qeydiyyatı: 21.08.2010
  • Xəbərləri: 26
  • Şərhləri: 3131
Allah rehmet etsin, ruhlari shad olsun

--------------------

Add comments

Ad:*
E-Mail:*
Şərh:
Kodu daxil edin: *