Демонстрационный сайт » İslam » RAMAZAN HAQQINDA HƏDISLƏR
Xəbər haqqında informasiya
  • Baxılıb: 217
  • Müəllif: NamelumHeyaT
  • Tarix: 15-08-2010, 03:19
 (Votes #: 1)
15-08-2010, 03:19

RAMAZAN HAQQINDA HƏDISLƏR

Bölmə: İslam

RAMAZAN HAQQINDA HƏDISLƏR


Həzrət Məhəmməd (s) buyurur :“Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır.”


Həzrət Məhəmməd (s) buyurur :“Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz.”


Həzrət Məhəmməd (s) buyurur : “Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər.”

Həzrət Məhəmməd (s) buyurur: “Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər.”


Həzrət Əli (ə) buyurur :ir gün Allahın Rəsulu (s) bizə xütbə söyləyən zaman buyurdu: “Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına də‘vət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…”Mən qalxıb ərz etdim: “Bu ayda ən yaxşı əməl nədir?” Həzrət Məhəmməd (s) buyurur : “Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.”

Həzrət Məhəmməd (s) buyurur : “Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim bu ayı yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.”


Həzrət Məhəmməd (s) buyurur : “Kim Ramazan ayını yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.”


Həzrət Məhəmməd (s) buyurur : “Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə bədbəxtdir.”


Həzrət Məhəmməd (s) buyurur :“Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!”


İmam Sadiq (ə) buyurur : “Ramazan ayında bağışlanmayan kimsə Ərəfatda qalması istisna olmaqla, gələn Ramazanadək bağışlanmaz.


İmam Sadiq (ə) Peyğəmbər (s) - dən nəql edib buyurur :“Oruc tutan öz yatağında olsa da ibadət halındadır, bir şərtlə ki, müsəlmanlıqdan uzaqlaşmaya."


Həzrət Məhəmməd (s) buyurur : “Oruc tutan adam iki dəfə sevinər, iftar açanda və qiyamətdə - Allahın mərhəmətinin şahidi olanda.”
Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınz ilə sayta daxil olmağı məsləhət görürük.
<
nickman

15 August 2010 11:53

Şərh haqqında informasiya
  • Qrupu: Aktiv İstifadəçi
  • ICQ: --
  • Qeydiyyatı: 30.11.2009
  • Xəbərləri: 178
  • Şərhləri: 905
Cox Saqol Xebere Gore )))

--------------------

<
NamelumHeyaT

15 August 2010 19:40

Şərh haqqında informasiya
  • Qrupu: Aktiv İstifadəçi
  • ICQ: --
  • Qeydiyyatı: 8.08.2010
  • Xəbərləri: 26
  • Şərhləri: 277
beg Siz sagolun Ser Yazdiginiza gore 13 beg
<
NILYA

16 August 2010 02:28

Şərh haqqında informasiya
  • Qrupu: VİP
  • ICQ: --
  • Qeydiyyatı: 17.12.2009
  • Xəbərləri: 457
  • Şərhləri: 1962
ALLAH RAZI OLSUN !

--------------------

<
Zvezda6

16 August 2010 13:51

Şərh haqqında informasiya
  • Qrupu: Yeni Ulduz
  • ICQ: --
  • Qeydiyyatı: 25.12.2009
  • Xəbərləri: 0
  • Şərhləri: 73
Allah her biriizin gunahindan kecsin.
<
FD__22

31 August 2010 04:40

Şərh haqqında informasiya
  • Qrupu: İstifadəçi
  • ICQ: akon@mail.ru
  • Qeydiyyatı: 31.08.2010
  • Xəbərləri: 0
  • Şərhləri: 9
ALLAH razi olsun love

Add comments

Ad:*
E-Mail:*
Şərh:
Kodu daxil edin: *