Демонстрационный сайт » İslam » 11 ayın sultanı -Ramazan başlayır
Xəbər haqqında informasiya
  • Baxılıb: 760
  • Müəllif: Ejdaha
  • Tarix: 20-08-2009, 15:19
 (Votes #: 1)
20-08-2009, 15:19

11 ayın sultanı -Ramazan başlayır

Bölmə: İslam

11 ayın sultanı -Ramazan başlayır


Avqust ayının 21-dən 22-nə keçən gecə müqəddəs Ramazan bayramının ilk günü kimi qeyd ediləcək. Məhz bu tarixdən Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının elan etdiyi fətvaya əsasən orucluq başlayır.

Din xadimi Hacı Fuad Nurullanın sözlərinə görə, Şamaxı rəsədxanasında Azərbaycan üfüqünə uyğun olaraq aparılan hesablamalarda orucluğun başlanması araşdırılıb və nəzərdə tutulub ki, Azərbaycan üfüqündə avqustun 21-dən 22-nə keçən gecə artıq orucluğun birinci günü hesab edilsin: «Ayın 21-i vacibi niyyət axşamı hesab olunur».

Ramazan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin yerə nazil olduğu aydır. Dini rəvayətlərə əsasən, Qurani-Kərim Məhəmməd peyğəmbərə təxminən 1400 il bundan əvvəl məhz bu ayda göndərilib. İslamın 5 əsas dayağı olan Ramazan müdriklik və xeyirxahlıq ayı kimi dəyərləndirilir. Müsəlmanlar bu ay ərzində gün çıxandan batanadək pis əməllərdən, içkidən, qeybətdən, şər-böhtandan və çox yeməkdən uzaq olmalıdırlar. Oruc tutmaqla insanlar, həm cismən, həm də mənən təmizlənirlər. Mükəmməl İslam dininə görə, Ramazanda yetkinlik yaşına çatmış bütün müsəlmanlar oruc tuta bilərlər. Lakin müəyyən istisnalar da var.

«Müəyyən insanlar var ki, onların bəzi xəstəlikləri var. Onlara həkimlər onlara oruc tutmağı, ac qalmağı tövsiyə etmir. İbadət sağlam insan üçün, sağlam bədən üçündür. Məsələn, hamilə qadınlar var, onlara həkimlər də oruc tutmağı məsləhət görmürlər. Müəyyən yaş həddində olan qocalar var ki, onlar yeməsələr-içməsələr taqətdən düşərlər»,-deyə hacı vurğulayıb.

Oruc tuta bilməyənlər üçün isə bayramın ən vacib qaydalarından biri fitrənin çıxarılmasıdır. Hacı Fuad Nurulla qeyd edib ki, fitrə bayramdan bir gün əvvəl axşam verilməlidir ki, yoxsul insanlar da bayrama hazırlaşa bilsin: «Fitrə hər bir maddi imkanı orta səviyyədə olan, yəni ailəsini dolandırmağı imkanı olan insanların boynunda haqqdır ki, yoxsullar üçün fitrə çıxarsınlar. Fitrə bayramı böyük bayramdır. Oruc tutan insan həmin fitrəni çıxardıqdan sonra öz ibadətini tamamlamış olur».

Qeyd edək ki, fitrənin çıxarılması bu ayda oruc tutanlar və tutmayanlar üçün eyni qaydada vacibdir. İmkanı olan insanlar fitrənin miqdarını iki-üç dəfə artıra bilərlərsə, maddi vəziyyəti yaxşı olmayanların fitrə çıxarması vacib sayılmır. Bunun üçün kimdənsə borc almaq isə şəriətdə bəyənilməyən haldır. Fitrə qohum-əqrəbanın, qonum-qonşunun içərisində, daha sonra ətraf məhəllə və ya kənddə olan yoxsul-fəqirlərə verilməlidir.

Xatırladaq ki, avqust ayının 12-də Qafqaz Müsəlmanları İdarəsinin 12-ci qurultayında Ramazan ayı ilə bağlı fətva verilib. Qurultayda bir sıra məsələlərlə yanaşı, Ramazan ayında verilən fitrəyə də toxunulub. Hər ailə adam başına ən çox yeyilən məhsulun 3 kilosunu fitrə verməlidirsə, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə imkanlar müqibilində insanları könüllü olaraq fitrəni artırmağa çağırıb.

Ramazanda daha bir maraqlı məqam müsəlmanların toy və şadlıq etməkdən kənar durmasıdır. Hacı Fuad qeyd edib ki, bu, heç də Ramazanın yas və hüzn ayı olması demək deyil. Sadəcə ilin digər 11 ayını öz istəkləri ilə keçirən insanların bu bir ay ərzində ibadətlə məşğul olması vacib buyurulub.

Sonda onu da qeyd edək ki, avqust ayının 22-si səhər saat 05.42-də imsaq, axşam saat 20.38-də isə iftar vaxtıdır. Oruc tutan insanlara yardım məqsədilə Qafqaz Müsəlmanları İdarəsi bütün məscidlərdə əhaliyə pulsuz olaraq imsaq və iftar vaxtlarının əks olunduğu qrafik paylayacaq. Oruc tutanlar üçün ətraflı məlumat «ANSPRESS.COM» saytında da yer alacaq. Saytdan istifdə etməklə orucun vaxtını dəqiqləşdirmək mümkün olacaq. Sentyabr ayının 8, 10, 12 və 16-sı əhya gecələridir, sentyabr ayının 20-də isə orucluq başa çatır.
Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınz ilə sayta daxil olmağı məsləhət görürük.
<
Leman_679

21 August 2009 04:09

Şərh haqqında informasiya
  • Qrupu: İstifadəçi
  • ICQ: --
  • Qeydiyyatı: 8.08.2009
  • Xəbərləri: 0
  • Şərhləri: 451
tesekkur
<
angelochka

21 August 2009 12:30

Şərh haqqında informasiya
  • Qrupu: Friend
  • ICQ: --
  • Qeydiyyatı: 7.05.2009
  • Xəbərləri: 3
  • Şərhləri: 280
ALLAH oruc tutacaq insanlarin oruclarini qebul etsin! Oruc tutun.Oruclu olmaq gozel hissdi:)
<
QlAmOuR

21 August 2009 13:19

Şərh haqqında informasiya
  • Qrupu: Aktiv İstifadəçi
  • ICQ: --
  • Qeydiyyatı: 16.04.2009
  • Xəbərləri: 32
  • Şərhləri: 1016
TEWEKKURLER.
ALLAH BUTUN MUSELMANLARIN ORUCUNU QEBUL ETSIN!!!

--------------------

<
Mark

22 August 2009 05:45

Şərh haqqında informasiya
  • Qrupu: 54tr5
  • ICQ: --
  • Qeydiyyatı: 17.07.2009
  • Xəbərləri: 18
  • Şərhləri: 376
AMIN Insallah
<
Ayashka

24 August 2009 00:49

Şərh haqqında informasiya
  • Qrupu: İstifadəçi
  • ICQ: --
  • Qeydiyyatı: 11.05.2009
  • Xəbərləri: 0
  • Şərhləri: 62
Allah butun oruc tutanlarin oruclarini qebul etsin Amin!
<
Кутяков

25 August 2009 18:29

Şərh haqqında informasiya
  • Qrupu: Qonaq
  • ICQ: --
  • Qeydiyyatı: --
  • Xəbərləri: 0
  • Şərhləri: 0
Прекрасно! в ожидании продолжения!
<
ZAKON_KILLER

26 August 2009 16:42

Şərh haqqında informasiya
  • Qrupu: Silver
  • ICQ: --
  • Qeydiyyatı: 25.04.2009
  • Xəbərləri: 33
  • Şərhləri: 991
ok

Add comments

Ad:*
E-Mail:*
Şərh:
Kodu daxil edin: *