ABŞ-da aparılan yeni araşdırma evli kişilərin subaylarla müqayisədə davranışlarında daha nəzakətli olmağa meylli olduqlarını üzə çıxarıb. Miçiqan Universitetində aparılan araşdırmaya universitetin mütəxəssisi Aleksandra Burt rəhbərlik edib.
Araşdırma çərçivəsində 289 əkiz kişi 17 yaşından 29 yaşına kimi izlənilib. Onların yarıdan çoxu isə təkyumurta əkizləri olublar.
Tədqiqat nəticəsində kişilərin evlənəndən sonra nəzakətli olmağa, daha sosial olmağa meylli olduqları müəyyən edilib.
Təcrübəyə görə, pis xüsusiyyətləri daha az olan kişilərin evlənmək şansı daha çoxdur.
Bundan əlavə, yalan danışma, aqressivlik, cinayət işləmə kimi antisosial davranışlar müşahidə olunan kişilərin evlənəndən sonra pis davranışlarının azaldığı müşahidə edilib.