Tanrının Mütləq Bacarığa malik olması çoxlu cavabsız suallar törədir. Hətta uşaq şüurları da belə suallar ortaya çıxara bilər.
Bu yazını yazanların səkkiz yaşlı oğulları bir dəfə soruşmuşdu:
- Mən Allah ola bilərəm?
«Yox» cavabını eşidəndə sualını başqa cür vermişdi:
- Allah da istəsə, mən Allah ola bilmərəm?
Doğrudan da, dinin çərçivəsində qalaraq belə suallar vermək mümkündür: «Allah istəsə özünə tay Allah yarada bilərmi?»
Əgər Allah Mütləq qüdrətə, bacarığa malikdirsə, istəsə, özünə tay, - başqa Allah yaratmağı bacarmalıdır. Və bunu qəbul edəndə yeni teoloji sual çıxır: «Elə isə niyə ikinci, üçüncü və s. Allahları yaratmamışdır»? İş burasındadır ki, bir teoloji ideyaya görə Allahın dünyanı və insanları yaratmasının bir səbəbi də o olmuşdur ki, O, Təkliyin sıfır, qapalı vəziyyətində qalmaq istəməmişdir. Ancaq belədirsə, niyə O, ünsiyyət üçün insan kimi biliyində, sevgisində, xasiyyətində çoxlu əyər-əskiyi olan məxluqu yaratmışdır? Ünsiyyət üçün düz olmazdımı birdəfəlik özünə tay Varlığı yaratsın?
Məsələni başqa cür də çevirmək olar: Allah özünə tay yarada bilərsə, deməli, elə bir situasiya mümkündür ki, O özünü zəiflətsin, bu isə Onun Qüdrəti ideyası ilə bir araya sığışmır.
Belə suallara cavab axtarmaq teoloji araşdırmaların üfüqlərini xeyli genişləndirir, hərçənd heç vaxt tam cavab tapılmır.