Süd artıq çəkidən azad olmağa kömək edir. Bu nəticəyə iki illik araşdırmalardan sonra israilli alimlər gəlib. Arıqlamağa kömək edən isə ağartı məhsulunun tərkibində olan kalsium və D vitaminidir. Araşdırmada yaşı 40-dan 65-ə kimi olan 300-dən artıq kök və artıq çəkili insan iştirak edib.
Alimlər gündə ən azı iki stəkan süd içən və orqanizmi D vitamini ilə tam təmin edilən yaşlıların iki il ərzində daha çox çəki itirdiyini müşayiət edib. Onlar az süd içən və ya heç içməyənlərlə müqayisədə 5,5 kq çox arıqlayıb.
Əlavə 3/4 stəkan süd çəkinin yarım il ərzində 4,5 kiloqram azalmasına səbəb olur.