Xəbər haqqında informasiya
 (Votes #: 0)
20-12-2010, 18:43

Yeni il pəhrizi

Bölmə: Pəhriz

Yeni il pəhrizi


Yeni ilə az qalıb? Bu vaxt ərzində əziyyət çəkmədən bir neçə kiloqram arıqlamaq və bayramda hamıdan gözəl görünmək mümkündür.

Nədən başlamalı? İlk növbədə siz bu pəhrizə çox ciddi yanaşmalısınız. Özünüzü dəyişməyə bir həftə zamanınız var. Bu, dünyanı dəyişmək üçün kifayət qədər vaxtdır. Bunun yanında 3-4 kiloqram atmaq çox asan işdir. Yeni il pəhrizində yeyilməsi məsləhət görülən qidalar - salat, kəsmik, yağsız balıq və ətdir. Qidanı 4-5 hissəyə ayırın. Duzdan istifadəni sıfıra endirin. Amma unutmayın ki, pəhriz zamanı ac qalmaq çəki itkisindən daha böyük itkilərə səbəb ola bilər.

Maye qəbulu.
Bu pəhrizi 2-3 həftədən artıq tutmaq məsləhət deyil. Pəhriz zamanı gün ərzində 1,5-2 litr su içməlisiniz (şəkərsiz çay və meyvə şirələri daxil olmaqla). Çay və qəhvəni azaldın, gün ərzində maksimum bir stəkan qəhvə, 2 stəkan çay için. Amma 8 stəkan su içməklə pəhrizin təsirini daha da effektləşdirə bilərsiniz.

Qaydalar.
Axşam saat 18:00-dan sonra yemək məsləhət deyil. Amma buna riayət etmək elə də asan deyil. Ona görə də daha asan qaydaya əməl edin: yatmağa ən azı 4 saat qalmış heç nə yeməyin. Həyatınızdan stresi uzaqlaşdırın, heç olmasa, bir həftəliyə. Axı kökəlmənin psixoloji səbəbi məhz stresdir. Əhvalınızı yüksək tutmağa çalışın. Bir çox hallarda istənilən pəhriz əsəbilik və gərginlik yaradır. Odur ki enerjili, seksual olun və çox gülün. Hər gününüzü bayram kimi keçirin.

7 günlük "Yeni il pəhrizi"
Birinci gün: yarım kiloqram tərəvəz salatı yeyin. Salata 1 x.q. bitki yağı əlavə edin.
İkinci gün: 1 kiloqram soyutma bişirilmiş ət (yağsız mal əti) yeyin.
Üçüncü gün: 1 kiloqram salat və yarım kiloqram yağsız kəsmik yeyin.
Dördüncü gün: Kiloqram yarım kəsmik yeyin.
Beşinci gün: 1 kiloqram tərəvəz və ya meyvə salatı, yarım kiloqram da kəsmik yeyin.
Altıncı gün: 2 kiloqram meyvə yeyin, banan, armud və xurmadan başqa.
Yeddinci gün: 1 kiloqram istənilən növ balıq və eyni çəkidə də tərəvəz salatı yeyin.

Bayram masası
Mədənizi şüurunuza tabe edin, əksinə yox. İstədiyiniz hər şeydən az miqdarda yeyin. Yağlı, qızardılmış qidaları salat, soyutma bişirilmiş balıq və meyvələrlə əvəz etməyə çalışın. Bayram axşamı çox yemisinizsə, ertəsi gün yeməyin artıqlarından uzaq durun. Yaxşısı budur, buğda bişirilmiş tərəvəz, bulyon və ağartı məhsulları yeyin, çobanyastığı, nanə dəmləməsi için. Əgər mədənizdə diskomfort hiss etsəniz, "Kreon", "Festal", "Mezim-forte" preparatlarından birini qəbul edin. Narahatlıq hissi (köp, qıcqırma) maksimum 2-3 günə keçməlidir. Əks halda qastroenteroloqa müraciət edin.

Bayram axşamı rəqs etmək həzzini qaçırmayın: fiziki hərəkət maddələr mübadiləsini tezləşdirir. Amma bir şərtə əməl edin - açıq havada və ya havası dəyişdirilmiş otaqda oynayın. Yeni il gecəsi siqaret çəkməyi azaldın. Çünki nikotin normal maddələr mübadiləsi üçün lazım olan oksigen qəbulunu azaldır.
Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınz ilə sayta daxil olmağı məsləhət görürük.
<
NILYA

20 December 2010 20:38

Şərh haqqında informasiya
  • Qrupu: VİP
  • ICQ: --
  • Qeydiyyatı: 17.12.2009
  • Xəbərləri: 457
  • Şərhləri: 1962
Pehriz menniy deyil)) lap yeni ile aid ola da))

--------------------

<
Kukusha

20 December 2010 21:01

Şərh haqqında informasiya
  • Qrupu: Miss
  • ICQ: --
  • Qeydiyyatı: 16.11.2010
  • Xəbərləri: 16
  • Şərhləri: 275
tewekkurler ama pehrize ehtiyac yoxdu..))

--------------------

<
Kedicik

20 December 2010 22:14

Şərh haqqında informasiya
  • Qrupu: Jurnalistika
  • ICQ: --
  • Qeydiyyatı: 1.10.2010
  • Xəbərləri: 203
  • Şərhləri: 2332
ehhh pehriz ede bilmirem ki,bele ehtiyacim da qokki,isde butun gunu pehriz edirem onsuzda))

--------------------

<
BeSt_oF BaKiNkA

21 December 2010 00:02

Şərh haqqında informasiya
  • Qrupu: Silver
  • ICQ: --
  • Qeydiyyatı: 7.11.2010
  • Xəbərləri: 45
  • Şərhləri: 106
Eladi Amma menimde pehrize ehtiyacim yoxdu Tesekkur.

Muellife tesekkurler.




tongue
<
Inara

21 December 2010 11:21

Şərh haqqında informasiya
  • Qrupu: Redaktor
  • ICQ: --
  • Qeydiyyatı: 21.08.2010
  • Xəbərləri: 26
  • Şərhləri: 3131
Men biraz kokelmeliyem deyesen...48 kilo olmusham nedense(((((

--------------------

Add comments

Ad:*
E-Mail:*
Şərh:
Kodu daxil edin: *