Din adamı yeni qazılmış məzarın başında duasını bitirmək üzrə idi. Birdən 50 illik yoldaşını itirmiş yaşlı adam qalın səsiylə fəryad etməyə başladı.
"Aaaaa! Aaaah! Onu nə qədər də çox sevirdim!" Onun bu fəryad fəğanı cənazə mərasiminin səssizliyini götürüb apardı. Məzarın ətrafında dayanan digər ailə üzvləri və yoldaşları çaşdılar, utandılar.
Üzləri qıpqırmızı kəsilən yetkin uşaqlar atalarını susdurmağa çalışdı: "Tamam, ata, ağrını anlayırıq, amma sus indi." Yaşlı adam tabutun məzara yavaşca indirilişini yaşlı gözlərlə seyr etdi.
Din adamı duasını tamamladı. Sonra da ailə üzvlərini məzara torpaq tapşırmağa dəvət etdi. Yaşlı adam xaricində hamısı bu vəzifəsi yerinə yetirdi.
Yaşlı adam bir dəfə daha fəryad etdi.
"Ah! Onu nə qədər də çox sevirdim."
Məzarın ətrafında toplananlar yavaş yavaş qəbiristanlığı tərk etməyə başladılar. Amma yaşlı adam israrla məzarın yanından ayrılmırdı.
Gözləri məzara diyili oracıqda elə dayanırdı.
Din adamı yanına yaxınlaşdı:
"Nələr hiss etdiyinizi anlayıram, amma artıq getmə zamanı. Getməli və həyatımıza davam etməliyik."
"Ah! Onu sevirdim!" deyə inlədi adam pərişan bir şəkildə.
"Amma bunu ona heç söyləmədim. Səbəbini bilmirəm amma heç söyləyə bilmədim."






