Демонстрационный сайт » Show-Biznes » "Eurovision-2010"da Azərbaycanı Səfurə Əlizadə təmsil edəcək
Xəbər haqqında informasiya
  • Baxılıb: 273
  • Müəllif: KRADO
  • Tarix: 2-03-2010, 14:20
 (Votes #: 0)
2-03-2010, 14:20

"Eurovision-2010"da Azərbaycanı Səfurə Əlizadə təmsil edəcək

Bölmə: Show-Biznes

"Eurovision-2010"da Azərbaycanı Səfurə Əlizadə təmsil edəcək

Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsində təmsilçisinin seçilməsi üçün milli final konserti başlayıb. ANS PRESS-in verdiyi məlumata görə, təmsilçimizi və ifa olunacaq mahnını seçməli olan münsiflər heyətinin üzvləri sırasında yer alan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli isə tədbirdə iştirak etmir.

“Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli ANS PRESS-ə bildirib ki, Fərhad Bədəlbəyli səhhəti ilə bağlı yaranan problemlərlə əlaqədar bu gün “Buta Palace”da keçirilən milli final konsertində iştirak edə bilmir. Adil Kərimlinin sözlərinə görə, Fərhad Bədəlbəyli konsertdə bilavasitə iştirak etməsə də, qalibin müəyyən olunması üçün keçiriləcək səsvermədə qiyabi iştirak edəcək.

Bu gün “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi və onun ifa edəcəyi mahnının seçilməsi üçün milli final keçirilib. “Buta Palace”da baş tutan milli finalda Səfurə Əlizadə münsiflərin müsbət rəyini qazanaraq mayın 27-də keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsinin II yarımfinalında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Azərbaycan təmsilçisi və ifa olunacaq mahnı İTV-nin baş direktoru İsmayıl Ömərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, dirijor Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyevin daxil olduğu münsiflər heyəti tərəfindən seçilib.

Milli finalda Səfurə Əlizadə, Məryəm Şabanova və “Milk&Kisses” qrupu “Cancelled”, “Don’t Let The Morning Come”, “Drip Drop”, “Soulless” və “Under My Skin” mahnılarını ifa ediblər.

Konsertdə qonaq qismində Gürcüstanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək Sofo Nijaradze və Rusiyanın “Fabrika zvezd” layihəsinin iştirakçısı Dakota iştirak edib.

Milli final konserti Azərbaycanın İctimai Televiziyası, Türkiyənin TRT və Gürcüstanın İctimai Televiziya kanalı ilə canlı yayımlanıb.
Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınz ilə sayta daxil olmağı məsləhət görürük.
<
KRADO

2 March 2010 14:26

Şərh haqqında informasiya
  • Qrupu: VİP
  • ICQ: --
  • Qeydiyyatı: 10.04.2009
  • Xəbərləri: 166
  • Şərhləri: 250
Buda bizim eurovision qizimiz:)

--------------------

<
nurlan_bkk

2 March 2010 14:40

Şərh haqqında informasiya
  • Qrupu: VİP
  • ICQ: --
  • Qeydiyyatı: 31.05.2009
  • Xəbərləri: 14
  • Şərhləri: 302
AZ bunun oxumasi hcde yaxsi deyildi AZ
<
NILYA

2 March 2010 14:43

Şərh haqqında informasiya
  • Qrupu: VİP
  • ICQ: --
  • Qeydiyyatı: 17.12.2009
  • Xəbərləri: 457
  • Şərhləri: 1962
Xebere gore tesekkur.
Men isteyirdim ki, Safura getsin. Insallah AZERBAYCANIMIZI layiqli temsil eder.
Gelin, ona ugurlar dileyek
AZ AZ AZ

--------------------

<
amina

2 March 2010 15:19

Şərh haqqında informasiya
  • Qrupu: VİP
  • ICQ: --
  • Qeydiyyatı: 6.12.2009
  • Xəbərləri: 0
  • Şərhləri: 360
Men MEryemin getmeyin isteyirdim/Esas odurki Azerbaycani layiqince temsil elesin

Men MEryemin getmeyin isteyirdim/Esas odurki Azerbaycani layiqince temsil elesin
<
Magistr86

3 March 2010 09:45

Şərh haqqında informasiya
  • Qrupu: İstifadəçi
  • ICQ: --
  • Qeydiyyatı: 27.04.2009
  • Xəbərləri: 2
  • Şərhləri: 144
Finala qalan 3 -istirakcinin hamisi bedbext gunde idi.Ne sehneleri, qeseng idi ne de ifalari.Zovqsuzlukde orda birinci yere cixa bilerler bele getse.
ozlerini biyabr elemek isteyirlerse bele de davam elesinler.
kecen il Arashin hesabina 3-cu olduq,bu il de Enrique Iqleseas,ya da Azerbaycanli essili oldugunu behane getirib SamiYusifi aparsinlar......))))

3 March 2010 10:14

Şərh haqqında informasiya
  • Qrupu: VİP
  • ICQ: --
  • Qeydiyyatı: 17.12.2009
  • Xəbərləri: 457
  • Şərhləri: 1962
Magistr86, angry

--------------------

<
amina

3 March 2010 10:41

Şərh haqqında informasiya
  • Qrupu: VİP
  • ICQ: --
  • Qeydiyyatı: 6.12.2009
  • Xəbərləri: 0
  • Şərhləri: 360
Magistr86, raziyam

Magistr86, raziyam
<
ZAKON_KILLER

4 March 2010 12:47

Şərh haqqında informasiya
  • Qrupu: Silver
  • ICQ: --
  • Qeydiyyatı: 25.04.2009
  • Xəbərləri: 33
  • Şərhləri: 991
ehhhh gorekdeee neyleyecek menim qrupyoldasimin mehle qizidir atasinada veysel deyirler arada v p sehv salirlar ))))))))))))
<
Lessi

5 March 2010 02:44

Şərh haqqında informasiya
  • Qrupu: İstifadəçi
  • ICQ: --
  • Qeydiyyatı: 14.05.2009
  • Xəbərləri: 0
  • Şərhləri: 21
:AZ: UGURLAR
<
nice_girl

6 March 2010 03:10

Şərh haqqında informasiya
  • Qrupu: Aktiv İstifadəçi
  • ICQ: 1233333
  • Qeydiyyatı: 5.03.2010
  • Xəbərləri: 33
  • Şərhləri: 392
isterdim ki MLK&KISSES getsin yenede ugurlaer

--------------------

<
niqulya

28 April 2010 15:51

Şərh haqqında informasiya
  • Qrupu: Yeni Ulduz
  • ICQ: --
  • Qeydiyyatı: 24.12.2009
  • Xəbərləri: 1
  • Şərhləri: 381
hec xosum gelmir bu qizdan

--------------------

<
R.N

5 May 2010 01:21

Şərh haqqında informasiya
  • Qrupu: VİP
  • ICQ: --
  • Qeydiyyatı: 26.04.2010
  • Xəbərləri: 33
  • Şərhləri: 498
yukleyerem tesekkur

--------------------

Add comments

Ad:*
E-Mail:*
Şərh:
Kodu daxil edin: *